18:51 "Ömür boyu söz atıb, sonra üzr istəmisən" - Yenə dalaşdılar  |     11:40 “Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova  |     11:32 "Abrakadabra" Milyonu keçdi  |     11:29 Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi  |     10:05 Demet Akalın səhnədən endirilən fanatı ilə görüşdü  |     10:03 "Məni Azərbaycana qayıtmağa o qoymadı"  |     10:02 Tarkan İlon Maskın 1,7 milyardlıq təklifindən imtina etdi  |     20:31 Elçin oğlundan danışdı: “Hər zaman onun arxasındayam!”  |     20:30 Geyimini tənqid edən aparıcıya sərt cavab verdi  |     19:06 Müğənni və qardaşı saxlanıldı  |     19:05 "Qızım 10 ildir atasını görmür" - Zümrüd  |     19:04 Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı  |     09:32 Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb  |     21:03 "Nigar ildə bir dəfə mənim hesabıma gündəmə gəlir"  |     18:53 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı  |     18:51 “Narkoman deyiləm, gül kimi, tərtəmiz qızam”  |     09:51 Elxan Şirinov övladını evləndirmək istəyir  |     08:53 Vüsalə mövsüm finalına hazırlaşır  |     14:27 "Məclislərdə statusunuzu və qonararınızı artırmaq üçün..." Vüsalədən atmaca  |     13:07 Nigar yenə Şəbnəmə lağ etdi  |    

"Ağızlarına nə gəldi, oxuyurlar" - Əli Mirəliyevdən onlara sərt SÖZLƏR

11.12.2024 - 528 - Maqazin

Son illər musiqi dünyamıza xeyli yeni sima gəlib. Onlar qısa müddətdə özlərini ölkədə tanıda biliblər. Elə müğənni Samir Piriyev də toylarda fonoqram ifa edənlərin canlı oxuyan müğənnilərdən daha çox qazandığını deyib. Onun sözlərinə görə, əsl sənətkar, illərlə təcrübəsi olan, konservatoriya, filarmoniya bitirənlərin hamısı bir kənarda qalıb.


Mövzu ilə bağlı Redaktor.az-a danışan müğənni Əli Mirəliyev bildirdi ki, indiki oxuyanlar mahnıları "ciblərində gəzdirirlər".


"Samirin fikrinə qatılıram. Özüm də illərdir bunu deyirəm. İndiki müğənnilər mahnını ciblərində gəzdirirlər. Musiqi cibdə olmur, nəfəs, arzuda olur. Fonoqram mahnı yazdırıb oxumağa nə var? Canlı oxu görüm, öhdəsindən gələ biləcəksən, ansamblla bir yerdə nizamlaya biləcəksən?"


Müğənni qeyd etdi ki, indi bir çox müğənni fərqli mahnıların sözlərini dəyişərək, yenidən ifa edir.


"Ağızlarına nə gəldi, oxuyurlar. Son vaxtlar ancaq elə İran mahnılarının sözlərini dəyişib yenidən oxuyurlar. Oxuya bilmirsinizsə, canlı ifa edə bilmirsinizsə, səsinizin gücü yoxdursa, oxumayın. Elə fonoqram oxuyub pul qazanırlar. Çünki canlı ifa çətindir. Hər gün sən canlı ifa oxuya bilməzsən. Səs batır, üç gün, dörd gün ard-arda oxuyanda səs yorulur. Ona görə də onu ustalıqla işlətmək lazımdır ki, səsi onu idarə etsin. Bunlar bu gün fonoqrama hesabına aləmi qatıblar bir-birinə, efirləri toy bazarı ediblər", - deyə Əli Mirəliyev bildirdi.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti