14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

Efirdə Telli ilə Zülfiyyə arasında biabırçılıq

17.12.2024 - 897 - Manşet

Aşıq Telli Borçalı ilə Zülfiyyə İbadova arasında qalmaqal yenidən alovlanıb. 

Axşam.az xəbər verir ki, buna səbəb Zülfiyyənin Telli ilə münasibəti bitirməsini deməsi olub. "Rəngarəng" verilişinə gələn Telli Zülfiyyənin ünvanına sərt sözlər işlədib.

"Yenə haqqımda başından yekə yalanlar danışıb. Verilişə çəkilir, ancaq mənim haqqımda danışır. Deyir, telliyə nöqtə qoymuşam. Xəbəri yoxdur ki, mən ona böyük nida işarəsi qoymuşam. Sən kimsən ki, məni müzakirə edirsən? Mənim haqqımda danışmaq sənin başın üçün deyil. get öz ailəndən danış. Səndən roman, dastan yazmaq olar. Ağ yuyub, qara sərərm, səni yollara sərərm. Mənim quyruğumu tapdalayanın başını əzəcəyəm" deyən, Tellinin mikrofonu efirdə bağlanıb. 

Daha sonra studiyaya Zülfiyyə telefonla zəng edib. Tərəflər arasında dava düşüb. Onlar bir-birinin ünvanına qeyri-etik ifadələr işlədiblər. Aşıqların səsi efirdən kəsilib. 

Zülfiyyənin "Ədəbli ədəbindən susur. Söhbəti analiz edə bilmirsə, yanında kimsə ona izah etsin" sözlərinə Telli "Həyasız yanında susa bilmərəm" cavabını verib. 

Sonda Zülfiyyənin "Gecə saat 2-də ərimə niyə zəng edirsən" sözləri Tellini özündən çıxardıb. 

Qeyd edək ki, aşıqlar arasındakı qalmaqala səbəb Zülfiyyənin zarafatla "Sazımı Telliyə əmanət etmərəm. Çünki restoranımıza gəlmişdi, sazını gecə orada unudub gedib" sözlərini deməsi olub. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti