12:05 “Özümü gəlinlikdə təsəvvür etmirəm, toy, ailə mənlik deyil”  |     10:52 Aygün Kazımovadan süni intelektlə hazırlanmış klip - "Əlcək"  |     08:58 Nicatdan Xatirənin iddialarına reaksiya  |     08:55 Duet ortağı Xatirənin adından insanları aldadıb pul alıb  |     22:29 Ağır yol qəzasına düşən Ailadan İLK AÇIQLAMA  |     20:38 Röya Nərminə dəstək oldu - FOTO  |     20:33 İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərənbiznesmen kimdir?  |     22:21 Bu il Azərbaycanı Avroviziyada “Mamagama” təmsil edəcək  |     20:19 Tünzalə Ağayeva rep oxudu  |     12:49 Aygün Kazımova "Etiraf"la bağlı daha bir sirri açıqladı  |     17:30 "Bir insanın içində bu qədər kin, çirk olar?"  |     17:28 Kanyenin arvadı çılpaq gəldiyi üçün “Qremmi“dən qovuldu!  |     17:27 Qumralın sözləri Səmranın xoşuna gəlmədi - QALMAQAL  |     09:51 Aktyor Kənan Yusifovun TOYU OLDU  |     20:49 Zaur Günaydan ayrılıb?  |     20:21 Zaurla Əminə Şirin arasında gərginlik - Efirdən getdi  |     13:27 "Ölkədə internet benzin qiymətinə qalxıb"  |     13:25 Nazim Pişiyari xəstəxanaya yerləşdirildi  |     21:34 Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var  |     15:46 Miri Yusif onu şantaj edən şəxsi BAĞIŞLADI  |    

Bakıda müğənni virusdan ölüb?

14.01.2025 - 267 - Maqazin

Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.  

Bu barədə məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır: “Yanvarın 11-i saat 03 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib. 

Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00 radələrində şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.

Qeyd edək ki, Rəsmiyyə Bakılı Bakıətrafı kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.

Gülnar Əliyeva


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti