12:05 “Özümü gəlinlikdə təsəvvür etmirəm, toy, ailə mənlik deyil”  |     10:52 Aygün Kazımovadan süni intelektlə hazırlanmış klip - "Əlcək"  |     08:58 Nicatdan Xatirənin iddialarına reaksiya  |     08:55 Duet ortağı Xatirənin adından insanları aldadıb pul alıb  |     22:29 Ağır yol qəzasına düşən Ailadan İLK AÇIQLAMA  |     20:38 Röya Nərminə dəstək oldu - FOTO  |     20:33 İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərənbiznesmen kimdir?  |     22:21 Bu il Azərbaycanı Avroviziyada “Mamagama” təmsil edəcək  |     20:19 Tünzalə Ağayeva rep oxudu  |     12:49 Aygün Kazımova "Etiraf"la bağlı daha bir sirri açıqladı  |     17:30 "Bir insanın içində bu qədər kin, çirk olar?"  |     17:28 Kanyenin arvadı çılpaq gəldiyi üçün “Qremmi“dən qovuldu!  |     17:27 Qumralın sözləri Səmranın xoşuna gəlmədi - QALMAQAL  |     09:51 Aktyor Kənan Yusifovun TOYU OLDU  |     20:49 Zaur Günaydan ayrılıb?  |     20:21 Zaurla Əminə Şirin arasında gərginlik - Efirdən getdi  |     13:27 "Ölkədə internet benzin qiymətinə qalxıb"  |     13:25 Nazim Pişiyari xəstəxanaya yerləşdirildi  |     21:34 Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var  |     15:46 Miri Yusif onu şantaj edən şəxsi BAĞIŞLADI  |    

"Elə paylaşımlar edən insanın dəfnində nə işim var?"

16.01.2025 - 314 - Maqazin

“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür”.

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri Manset.az-a açıqlamasında rejissor Rövşən İsax bildirib.

Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:

“Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, problemim, davam olmayıb. Sadəcə olaraq, fikirləşmişəm ki, mən ora gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb.  Nə nömrəsi var məndə, nə onun yaxın adamlarıyla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb”.

Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib:

“Allaha and olsun efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”.

Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara  da münasibət bildirib:

“Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdiyi qazancla sonradan gedib hər hansı pis vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”.

Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti