18:51 "Ömür boyu söz atıb, sonra üzr istəmisən" - Yenə dalaşdılar  |     11:40 “Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova  |     11:32 "Abrakadabra" Milyonu keçdi  |     11:29 Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi  |     10:05 Demet Akalın səhnədən endirilən fanatı ilə görüşdü  |     10:03 "Məni Azərbaycana qayıtmağa o qoymadı"  |     10:02 Tarkan İlon Maskın 1,7 milyardlıq təklifindən imtina etdi  |     20:31 Elçin oğlundan danışdı: “Hər zaman onun arxasındayam!”  |     20:30 Geyimini tənqid edən aparıcıya sərt cavab verdi  |     19:06 Müğənni və qardaşı saxlanıldı  |     19:05 "Qızım 10 ildir atasını görmür" - Zümrüd  |     19:04 Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı  |     09:32 Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb  |     21:03 "Nigar ildə bir dəfə mənim hesabıma gündəmə gəlir"  |     18:53 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı  |     18:51 “Narkoman deyiləm, gül kimi, tərtəmiz qızam”  |     09:51 Elxan Şirinov övladını evləndirmək istəyir  |     08:53 Vüsalə mövsüm finalına hazırlaşır  |     14:27 "Məclislərdə statusunuzu və qonararınızı artırmaq üçün..." Vüsalədən atmaca  |     13:07 Nigar yenə Şəbnəmə lağ etdi  |    

Tolik “YouTube” ilə əməkdaşlıq edən şirkətləri saxtakarlıqda ittiham etdi

16.01.2025 - 581 - Maqazin

"Buradan aidiyyəti qurumlara müraciət edirəm. Azərbaycanda fəaliyyət göstərən bəzi xarici şirkətlərin yutub tərəfdaş qrupları saxtakarlıqla məşğul olaraq, insanları aldatmaqla özlərini mülkiyyət sahibi kimi təqdim edirlər. Bəstəkarlar, fitri istedadı olan şəxslərin mahnılarını yazdıqdan sonra, həmin əsərlər Bəstəkarlar İttifaqında və ya müvafiq mülkiyyət reyestrində qeydiyyata alınmadan, sadəcə hansısa bir kağız üzərində imza atmaqla həmin şəxsləri hüquq sahibi kimi tanıdırlar. Daha sonra isə bu əsərləri Türkiyədə fəaliyyət göstərən bir çox hüquq şirkətlərinə göndərərək ifaçıların hüquqlarını pozurlar".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımında danışıb. O bildirib ki, bir çoxları müəllif hüquqları ilə bağlı saxtakarlıq edir:

"Bu məsələnin ciddiliyini vurğulamaq istəyirəm və ətraflı araşdırma aparılmasının vacibliyini qeyd edirəm. Bu, olduqca aktual bir problemdir və Azərbaycanda qanunlara zidd olaraq baş verən hüquq pozuntularını aradan qaldırmaq üçün bu cür şirkətlər mütləq yoxlanılmalıdır. 

Bəziləri qanunu bilmir və fırıldaqçılıq edir. Bir bəstəkar dünyasını dəyişirsə, xanımı onun işləri haqda vərəsəlik irəli sürməlidir. Əgər bəstəkar Əqli Mülkiyyətdən keçməyibsə, xanımı bunu edə bilməz. Qanunsuz işlər etməyin. Qohumlar mahnının sahibi sayılmır".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti