12:05 “Özümü gəlinlikdə təsəvvür etmirəm, toy, ailə mənlik deyil”  |     10:52 Aygün Kazımovadan süni intelektlə hazırlanmış klip - "Əlcək"  |     08:58 Nicatdan Xatirənin iddialarına reaksiya  |     08:55 Duet ortağı Xatirənin adından insanları aldadıb pul alıb  |     22:29 Ağır yol qəzasına düşən Ailadan İLK AÇIQLAMA  |     20:38 Röya Nərminə dəstək oldu - FOTO  |     20:33 İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərənbiznesmen kimdir?  |     22:21 Bu il Azərbaycanı Avroviziyada “Mamagama” təmsil edəcək  |     20:19 Tünzalə Ağayeva rep oxudu  |     12:49 Aygün Kazımova "Etiraf"la bağlı daha bir sirri açıqladı  |     17:30 "Bir insanın içində bu qədər kin, çirk olar?"  |     17:28 Kanyenin arvadı çılpaq gəldiyi üçün “Qremmi“dən qovuldu!  |     17:27 Qumralın sözləri Səmranın xoşuna gəlmədi - QALMAQAL  |     09:51 Aktyor Kənan Yusifovun TOYU OLDU  |     20:49 Zaur Günaydan ayrılıb?  |     20:21 Zaurla Əminə Şirin arasında gərginlik - Efirdən getdi  |     13:27 "Ölkədə internet benzin qiymətinə qalxıb"  |     13:25 Nazim Pişiyari xəstəxanaya yerləşdirildi  |     21:34 Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var  |     15:46 Miri Yusif onu şantaj edən şəxsi BAĞIŞLADI  |    

Miri Yusif videolarının yayılacağı ilə şantaj olunur

21.01.2025 - 261 - Maqazin

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

***

Emin Əfəndi sosial şəbəkə səhifəsində hadisə ilə bağlı açıqlama yayıb. O, faktı təsdiq edib: “Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim”.

Hüquq-mühafizə orqanlarına müraciətində ondan hədə-qorxu yolu ilə 1000 manat alındığını bildirsə də, E.Əfəndi sosial şəbəkədə kiməsə pul vermədiyini deyib: “Sadəcə məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq. Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti