14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

"İlk dəfədir ki, "Sevgililər Günü"ndə mən ona gül aparacağam"

14.02.2025 - 831 - Manşet

Bu gün mərhum aktyor Azər Baxşəliyevin ölümündən 40 gün ötür.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" proqramında Azərlə bağlı süjet hazırlanıb.  Aktyorun memar həyat yoldaşı Nigar Seyid onunla tanışlığından, birlikdə yaşadıqları çətinliklərdən söz açıb. O, bu il ilk dəfə qızı ilə virusa yoluxduğu üçün Yeni ili ayrı qeyd etdiklərini bildirib: 

"Ürəyimdə xal qaldı ki, Yeni ili ilk dəfə birlikdə qeyd etmədik. Fikrimizdə var idi ki, yanvarın 13-də köhnə Yeni ili qeyd edərik".

N.Seyid bu gün Azəri ilk dəfə yuxuda gördüyünü bildirib:

"Bu gün ilk gecə idi ki, Azəri yuxuda gördüm. Xatırlamıram necə görmüşəm. Sabah "Sevgililər Günü"dür. İlk dəfədir ki, 14 fevralda mən ona gül aparacağam. Hər il mənə gül verirdi. Əhvalım olmayanda mənə gül alırdı. Mənimlə görüşə gələndə maşının oturacağına gül qoyurdu". 

Qeyd edək ki, Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib. Azər və Nigarın bu nikahdan Züleyxa adlı bir qız övladı var.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti