14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

Hikmət Rəhimov Nazirə müraciət etdi! - QALMAQAL

14.03.2025 - 407 - Mədəniyyət

Aktyor Hikmət Rəhimov Mədəniyyət Naziri Adil Kərimliyə müraciət edib. 

Hikmətin sosial media hesabında paylaşdığı müraciətdə bildirilib: 

“Əziz və dəyərli Adil müəllim, yadınızdadırsa, sizinlə görüşdə demişdim ki, nə qədər burada varsınız, sizin rəhbərlik etdiyiniz qurumla bağlı fikir bildirmək istəmirəm. Amma təyin etdiyiniz bəzi adamlar nəinki işini görə bilmir, hətta şəxsi ədavət aparırlar. Yəqin ki, bu yazı ilə bağlı sizə məlumat çatacaq və istəməzdim ki, buna görə məndən inciyəsiniz.

Keçək mətləbə. Sizin kino şöbəsində çalışan bir əməkdaşınız – Günay Rəhimova barəsində tədbir görsəniz, məncə, yaxşı olar. Səbəbini aşağıda qeyd edəcəyəm. Bu adam kimdir? Onun kinoya nə aidiyyəti var axı? 125 illik tarixi olan Azərbaycan kinosunda niyə belə bir adam söz sahibi olmalıdır?

Mən sizin quruma indiyə qədər heç bir məsələ ilə bağlı müraciət etməmişəm. Nə pul istəmişəm, nə fəxri ad, ümumiyyətlə, heç kim deyə bilməz ki, Hikmət gəlib bizdən nəsə istəyib.

Mən təkbaşına Allahın ətəyindən yapışıb bu yolu gedirəm. Şəxsən, bu ölkənin mədəniyyətinə sizin qurumda çalışan adamlardan daha çox xidmət edirəm və bunu sübut etməyə hazıram.

Azərbaycan Respublikasının mədəniyyətinə heç bir aidiyyəti olmayan Günay mənimlə hansısa ədavəti aparır, bilmirəm. Amma onu deyim ki, bu, onun gücü çatan iş deyil. Sadəcə vəzifə kürsüsü görüb, bir az çaşıb.

Martın 10-da Heydər Əliyev Mərkəzində baş tutan kino ilə bağlı tədbirə dəvət olunmuşam, amma bu adam deyib ki, “Hikmət orada olmamalıdır, çünki mənim onunla ədavətim var”. Bu məsələni də sübut etməyə hazıram.

Onu da qeyd edim ki, ümumiyyətlə, belə tədbirlərə gedən adam deyiləm. Mənim fikrimcə, belə yerlərə gedib boş-boş danışıqlara qulaq asmaq vaxt itkisidir.

Sadəcə, əməkdaşınıza deyin ki, onlardan əvvəlkilər əlliayaqlı getdilər, bunlardan sonrakıları isə tarix bir “fuflo” kimi vərəqləyəcək. Çünki o binada Azərbaycan kinosu heç kimə maraqlı deyil.

O xanımdır, bir zəhmət ona deyin ki, öz tayını tapsın və ədavətini onlarla aparsın.

Əziz Adil müəllim, həqiqətən, insan kimi mənim üçün çox dəyərlisiniz və mənə etdiyiniz köməkliyi unutsam, nadan olaram. Amma sizdən xahiş və tələb edirəm ki, bu insanlar sizi pis vəziyyətdə qoymamış, onları yola salın.

Bu adamların Azərbaycan kinosu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti