9.04.2025 - 174 - Mədəniyyət
Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan alim Əzizağa Quliyev vəfat edib.
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb.
1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi fəaliyyət göstərir. 12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.