9.04.2025 - 173 - Maqazin
Xəbər verdiyimiz kimi, müğənni-bəstəkar Pərviz Mahmudov həmkarı Günay İbrahimli üçün bəstələdiyi "Dəlisiyəm gecənin" mahnısının reklamda ondan icazəsiz istifadə edildiyi üçün məhkəməyə müraciət edib.
SHOWXEBER.AZ xəbər verir ki, o, məhkəmə prosesinin hazırda davam etdiyini bildirib. Bu barədə Pərviz "Xəzər axşamı" verilişində danışıb:
"Bu məsələ hələ də davam edir. Bəzi şeylər ortaya çıxdı. Sadəcə bunlar haqda danışmaq istəmirəm. Bunu danışmağa öz adıma utanıram. Çünki elə məsələlər ortaya çıxdı ki, mən hələ də təəccüb içindəyəm".