14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

"Zəng ediblər ki, yazma, uşağına nəsə edərlər" - Nura

17.04.2025 - 263 - Maqazin

"Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?"

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yayzıb. O, növbəti dəfə restoran sistemində olan nəzarətsizliyə diqqət çəkib:

"Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, səndə bu pul haradandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan. Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar. Bəsdirin də!

O gün status yazmışam, hamı paylaşıb: “Halal olsun, səsimiz oldunuz” yazır. Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız? Niyə toy yiyəsi şadlıq saraylarının şərtləri ilə razılaşır? Suallar çoxdur, hamı da hər şeyi görür, bilir və susur.

Mən də doğruları yazanda, bəzi gerizəkalılar özlərinə əl qatırlar ki, “Nuranın başı gedib, hər şeyə fikir bildirir, dəli olub” və s. Özünüz pıçhapıçla danışdıqlarınızı mən ictimailəşdirəndə “dəli” oluram? Ən azından vicdanım təmizdir, susmadığım üçün. Siz isə boyun əyirsiniz adı administratorlara (hamısına şamil olunmur). Ay aman, birdən burarlar sizi hansısa tədbirdən. Burublar da hər yerdən, möcüzə gözləyirsiniz? Hələ dünən bəziləri zəng ediblər ki, “nəyinə lazım yazma, demə, sabah sənə, ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır”.

Qoy, məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər. Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti