18:51 "Ömür boyu söz atıb, sonra üzr istəmisən" - Yenə dalaşdılar  |     11:40 “Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova  |     11:32 "Abrakadabra" Milyonu keçdi  |     11:29 Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi  |     10:05 Demet Akalın səhnədən endirilən fanatı ilə görüşdü  |     10:03 "Məni Azərbaycana qayıtmağa o qoymadı"  |     10:02 Tarkan İlon Maskın 1,7 milyardlıq təklifindən imtina etdi  |     20:31 Elçin oğlundan danışdı: “Hər zaman onun arxasındayam!”  |     20:30 Geyimini tənqid edən aparıcıya sərt cavab verdi  |     19:06 Müğənni və qardaşı saxlanıldı  |     19:05 "Qızım 10 ildir atasını görmür" - Zümrüd  |     19:04 Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı  |     09:32 Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb  |     21:03 "Nigar ildə bir dəfə mənim hesabıma gündəmə gəlir"  |     18:53 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı  |     18:51 “Narkoman deyiləm, gül kimi, tərtəmiz qızam”  |     09:51 Elxan Şirinov övladını evləndirmək istəyir  |     08:53 Vüsalə mövsüm finalına hazırlaşır  |     14:27 "Məclislərdə statusunuzu və qonararınızı artırmaq üçün..." Vüsalədən atmaca  |     13:07 Nigar yenə Şəbnəmə lağ etdi  |    

Cərrah Mənzurə Musayevanın üzünü bərbad hala salıb?

6.05.2025 - 347 - Maqazin

Müğənni Mənzurə Musayeva etdirdiyi estetik əməliyyatdan narazı qalıb. 

Bu barədə “Qaynarinfo”ya danışan sənətçi bildirib ki, məsələ ilə əlaqədar “Funda Hospital”ı məhkəməyə verəcək.

M.Musayevanın sözlərinə görə, bir müddət öncə sözügedən klinikada etdirdiyi əməliyyat uğursuz alınıb: “Məni Məhəmməd Poluxov bu günə salıb. Əməliyyatdan sonra özümü tanıya bilmirəm. Gedib deyirəm ki, pulumu qaytar, qaytarmır. Deyir, əməliyyatı etmişəm, daha nə pul? Pis günə salıb məni. Sifətimin bir tərəfini dartıb, birini boşaldıb. Camaatı aldadır, yalandan deyir ki, üzgərmə əməliyyatı edirəm. Amma əslində, üzə sap atır.

Gəlin üzümə baxın, görün nə haldayam. Sifətimin bir tərəfi dartılı qalıb. Heç zaman buxağım olmayıb. Əməliyyatdan sonra buxaq çıxardıb mənə. Pulu tələb edirəm, deyir, gəl, yenidən əməliyyat edim. Yeddi minə yaxın pul vermişəm. Köməkçisi ilə əlaqə saxlayıram. İndi gedirəm mərkəzin direktorunun yanına, onunla danışacağam”.

Müğənni vurğulayıb ki, əgər pulunu qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Məsələ ilə bağlı qarşı tərəf Məhəmməd Poluxovla əlaqə saxladıq. Həkim “Qafqazinfo”ya açıqlamasında iddiaları tamamilə əsassız adlandırdı: “Mənzurə xanımın üzündə heç bir fəsad yoxdur. Əməliyyat nəticəsi kifayət qədər uğurludur. Əməliyyat günü necə olacağını dediyimiz bütün nəticələri əməliyyatdan sonra əldə etmişik. Əməliyyat üçün 7000 deyil, 5500 manat ödəniş edib. Xanım öz əsassız fikirlərini iddia edir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti