18:51 "Ömür boyu söz atıb, sonra üzr istəmisən" - Yenə dalaşdılar  |     11:40 “Şikayət edərək onun cəzalandırılmasını istəyəcəyəm” - Aysun İsmayılova  |     11:32 "Abrakadabra" Milyonu keçdi  |     11:29 Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi  |     10:05 Demet Akalın səhnədən endirilən fanatı ilə görüşdü  |     10:03 "Məni Azərbaycana qayıtmağa o qoymadı"  |     10:02 Tarkan İlon Maskın 1,7 milyardlıq təklifindən imtina etdi  |     20:31 Elçin oğlundan danışdı: “Hər zaman onun arxasındayam!”  |     20:30 Geyimini tənqid edən aparıcıya sərt cavab verdi  |     19:06 Müğənni və qardaşı saxlanıldı  |     19:05 "Qızım 10 ildir atasını görmür" - Zümrüd  |     19:04 Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı  |     09:32 Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb  |     21:03 "Nigar ildə bir dəfə mənim hesabıma gündəmə gəlir"  |     18:53 Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı  |     18:51 “Narkoman deyiləm, gül kimi, tərtəmiz qızam”  |     09:51 Elxan Şirinov övladını evləndirmək istəyir  |     08:53 Vüsalə mövsüm finalına hazırlaşır  |     14:27 "Məclislərdə statusunuzu və qonararınızı artırmaq üçün..." Vüsalədən atmaca  |     13:07 Nigar yenə Şəbnəmə lağ etdi  |    

"Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə

8.05.2025 - 361 - Maqazin

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Vasif Məhərrəmlinin onun haqqında dediyi "Layiq olduğu yerdə deyil. Onun səsi Çindən, Rusiyadan gəlməli idi" sözlərinə cavab verib. 

Sənətçi "Rəngarəng" verilişində V.Məhərrəmlinin ünvanına sərt sözlər deyib. O bildirib ki, həmkarının onun haqqında dedikləri xoşuna gəlməyib:

"Elə bir sənətkaram ki, tərifdən zəhləm gedir. Özümü tərifləmək olmayıb. Kimsə edəndə də demişəm lazım deyil. Zəif biri sənətimi yorumlaya bilməz. Necə ki, Vasif edə bilmədi. Mənim sənətimi Elza Seyidcahan müzakirə edə bilər. Onun qanından musiqi axır. Vasifin o sözü xoş gəlmədi ki, həyatımdan kifayətlənmişəm. Onu həyatı puç olana deyərlər. Təkcə "Bayati şiraz" ifamı 48 dövlət tanıyır. Mənim sənətim ya Vasif Məhərrəmliyə çatmayıb, ya da məni çəkə bilmir. Vasifə demək istəyirəm ki, yatmısan fil qulağında. Mənim səsim Hollivuddan, Çindən və Moskvadan gəlir. Bilmədiyin nəyəsə fikir bildirmə. Toylar var ki, qurbanı gəlin yox, mənim qarşımda kəsirlər".

Studiyaya zəng edən V.Məhərrəmli "Nə demişəm? Demişəm, onu daha böyük zirvədə görmək istəyirəm. Sən səhv başa düşürsən. Demişəm ki, bu səslə Amerika, Avropa səhnələrində oxumalıdır" sözlərinə T.Şahmalıoğlu "Tacirin fəth elədiyi zirvəni heç kim etməyib. Sən hansı səviyyədən, zirvədən danışırsan? Amerikada nə işim var. Azərbaycan dilində oxuyuram. Sən fil qulağında yatmısan, mahnımı dünya dinləyir" cavabını verib. 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti