13:53 Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı  |     13:51 Xalq artisti səhhəti necədir? - Oğlu danışdı  |     19:37 Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ  |     18:11 “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”  |     18:08 Təranə Səmədovanın cəzası azaldıldı  |     18:03 Vahid Əliyev vəfat etdi  |     19:14 Əməkdar artistin hoteli varmış...  |     13:02 “Aygün xanımla aramızda soyuqluq var idi”  |     12:17 "İşləməkdən çox onun-bunun haqqında danışır - Vəfa Hüseyni tənqid etdi  |     10:22 "Sənə olan sevgim kəlmələrə sığmaz"  |     10:20 Səidə atasından qalan sərvəti ərinin adına keçirməsindən danışdı  |     10:17 Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - qonaqlardan üzr istədi  |     10:11 "Namiq Qaraçuxurlu məndən bəhrələnib"  |     10:09 Rusiya azərbaycanlı blogeri Hüseyn Həsənovu axtarışa verdi  |     09:39 "Uzak şehir"də 2 ayrılıq: Onlar seriala vida edəcək - FOTO  |     07:58 "İyrənc reytinq" - Tünzalə əsəbiləşdi  |     07:53 Şəbnəm Mətanətin cavabını verdi - "Dəyəri olmayan..."  |     07:52 Namiq Qaraçuxurlu xanımı ilə paylaşım etməsindən danışdı  |     18:42 Tolikin “toy şəkilləri” - FOTOLAR  |     18:40 Elarizin kürəkəninə 10 il iş verildi  |    

Müğənni və qardaşı saxlanıldı

12.06.2025 - 315 - Maqazin

Ağdaşda toyda musiqiçilərlə qonaq arasında dava-dalaş olub.

SHOWXEBER.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Yuxarı Qəsil kəndində yerləşən “Ağ Saray” şadlıq sarayında qeydə alınıb.

Belə ki, toydakı dava zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Namis Hüseynov xəstəxanaya yerləşdirilib. Onun xəsarətlərinin dərəcəsinin müəyyən olunması məqsədilə ekspertiza təyin edilib.

Məlum olub ki, N.Hüseynov toyda mahnı sifarişi üstündə 1989-cu il təvəllüdlü müğənni Orxan Hüseynov və onun rəhbərlik etdiyi “Bəyoğlan” ansamblında yer alan 1987-ci təvəllüdlü qardaşı Tural tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti