13:53 Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı  |     13:51 Xalq artisti səhhəti necədir? - Oğlu danışdı  |     19:37 Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ  |     18:11 “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”  |     18:08 Təranə Səmədovanın cəzası azaldıldı  |     18:03 Vahid Əliyev vəfat etdi  |     19:14 Əməkdar artistin hoteli varmış...  |     13:02 “Aygün xanımla aramızda soyuqluq var idi”  |     12:17 "İşləməkdən çox onun-bunun haqqında danışır - Vəfa Hüseyni tənqid etdi  |     10:22 "Sənə olan sevgim kəlmələrə sığmaz"  |     10:20 Səidə atasından qalan sərvəti ərinin adına keçirməsindən danışdı  |     10:17 Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - qonaqlardan üzr istədi  |     10:11 "Namiq Qaraçuxurlu məndən bəhrələnib"  |     10:09 Rusiya azərbaycanlı blogeri Hüseyn Həsənovu axtarışa verdi  |     09:39 "Uzak şehir"də 2 ayrılıq: Onlar seriala vida edəcək - FOTO  |     07:58 "İyrənc reytinq" - Tünzalə əsəbiləşdi  |     07:53 Şəbnəm Mətanətin cavabını verdi - "Dəyəri olmayan..."  |     07:52 Namiq Qaraçuxurlu xanımı ilə paylaşım etməsindən danışdı  |     18:42 Tolikin “toy şəkilləri” - FOTOLAR  |     18:40 Elarizin kürəkəninə 10 il iş verildi  |    

Səidə Sultan yoxa çıxdı - “Bir şey-mir şey var?”

28.10.2025 - 106 - Manşet

Səidə Sultanın sosial şəbəkələrdəki səssizliyi maraq yaradıb.

 Bir vaxtlar “Instagram” hesabında tez-tez paylaşımlar edən müğənni artıq bir aydan çoxdur izləyicilərini yeniliklərlə sevindirmir.

Onun son paylaşımı sentyabrın 19-da olub. Həmin gündən bu yana ifaçı nə yeni foto, nə də video paylaşıb. Dördpendirli pizza

Səidə Sultan sosial şəbəkələrdəki aktivliyi ilə daim seçilirdi. Həm səhnə çıxışları, həm də şəxsi həyatı ilə maraq doğuran müğənni 2 il öncə ailə həyatı qurub. Həmin vaxtdan bəri izləyicilər onu tez-tez "Bir şey-mir şey var?", yəni “Nə vaxt ana olursan” sualı ilə bezdirirdi.

Müğənni bu suallara daha əvvəl verdiyi cavabla yadda qalmışdı: “Yox, ana olmamışam. Ana olmaq üçün planlar qurmuram. Bu, Allahın işidir”.

Bu sözlərdən sonra Səidə Sultan analıq mövzusunu açıq şəkildə müzakirə etməsə də, sosial şəbəkərdəki səssizliyi izləyicilərdə eyni fikri doğurub: “Bəlkə də ana olmağa hazırlaşır”.

42 yaşlı müğənninin qeybə çəkilməsinin həqiqətən şəxsi həyatı ilə bağlı olub-olmadığı hələlik məlum deyil.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti