30.10.2025 - 86 - Maqazin
"Bəzi restoran administratorları müğənnilərin toyda iştirakına mane olur".
Bunu xanəndə Eldəniz Məmmədov deyib.
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi gileylənib:
"Toy məkanlarında bəzi adminstratorlar var, hansı ki, onlar bir çox müğənninin çörəyinə bais olurlar. Onlar istəyən toy sahibə yaxınlaşır, səni pisləyir, gözdən salırlar. Özlərinin çalışdığı xüsusi müğənnilərə toyu vermək üçün bunu edirlər. Çünki onların işlədiyi xüsusi sayda müğənnilər var.
Bu hərəkətlə onlar toy sahiblərinin arzularını ürəyində qoyurlar. Toy sahibi də məkanı bəyəndiyi üçün məcbur olur ki, onların dediyi ilə razılaşır. Bu mənim başıma da gəlib. Deyiblər ki, Eldəniz sənətkardır, amma bu toyda oxuya bilməz. Onlar özlərinə nə format qoyublarsa, bilmirəm. Deyiblər mən o formata uyğun deyiləm".