13:53 Ələkbər Yasamallı ilk dəfə övladlarından danışdı  |     13:51 Xalq artisti səhhəti necədir? - Oğlu danışdı  |     19:37 Nazirlikdən Əməkdar artistin ölümü ilə bağlı NEKROLOQ  |     18:11 “Yaşım az idi, məni aldadıb efirə çağırırdılar”  |     18:08 Təranə Səmədovanın cəzası azaldıldı  |     18:03 Vahid Əliyev vəfat etdi  |     19:14 Əməkdar artistin hoteli varmış...  |     13:02 “Aygün xanımla aramızda soyuqluq var idi”  |     12:17 "İşləməkdən çox onun-bunun haqqında danışır - Vəfa Hüseyni tənqid etdi  |     10:22 "Sənə olan sevgim kəlmələrə sığmaz"  |     10:20 Səidə atasından qalan sərvəti ərinin adına keçirməsindən danışdı  |     10:17 Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - qonaqlardan üzr istədi  |     10:11 "Namiq Qaraçuxurlu məndən bəhrələnib"  |     10:09 Rusiya azərbaycanlı blogeri Hüseyn Həsənovu axtarışa verdi  |     09:39 "Uzak şehir"də 2 ayrılıq: Onlar seriala vida edəcək - FOTO  |     07:58 "İyrənc reytinq" - Tünzalə əsəbiləşdi  |     07:53 Şəbnəm Mətanətin cavabını verdi - "Dəyəri olmayan..."  |     07:52 Namiq Qaraçuxurlu xanımı ilə paylaşım etməsindən danışdı  |     18:42 Tolikin “toy şəkilləri” - FOTOLAR  |     18:40 Elarizin kürəkəninə 10 il iş verildi  |    

Rusiya azərbaycanlı blogeri Hüseyn Həsənovu axtarışa verdi

4.11.2025 - 50 - Maqazin

Pul yuyulmasında ittiham olunan azərbaycanlı bloger və “Milyonçu düşüncəsi” adlı kursun müəllifi Hüseyn Həsənov Rusiya ərazisində yenidən federal axtarışa verilib.

SHOWXEBER.AZ xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

Onun konkret hansı maddə üzrə axtarıldığı açıqlanmır.

Qeyd edək ki, hələ aprelin sonunda Moskvanın Çertanovski Rayon Məhkəməsi bloger barəsində qiyabi həbsetmə qərarı çıxarıb. Qərara əsasən, Həsənov saxlanıldığı və ya Rusiyaya ekstradisiya olunduğu andan etibarən iki ay müddətinə həbsdə saxlanılmalıdır. Paralel olaraq, o, xüsusilə böyük məbləğdə pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) işi üzrə beynəlxalq axtarışa da verilib.

İstintaqın versiyasına görə, 2019–2021-ci illər ərzində Həsənov 170 milyon rubldan artıq vergi ödənişindən yayınaraq, bu vəsaitin 20 milyon rublunu müxtəlif maliyyə əməliyyatları ilə leqallaşdırıb.

Bundan əvvəl məlum olmuşdu ki, Həsənov Rusiyadakı sonuncu biznesini də itirib. Mənbələrin məlumatına görə, Rusiya Vergi Xidməti onun “Banda Foods” adlı şirkətini bağlayıb. Bildirilir ki, blogerin restoran biznesi çöküb və təchizatçılar məhkəməyə müraciət edərək onun borclarını ödəməyə məcbur edilməsinə nail olublar.//bizim.media


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti