27.10.2019 - 408 - Sosial
Böyrək çatışmazlığından əziyyət çəkir
Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.
SHOWXEBER.AZ-ın məlumatına görə, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib.
“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz üçün, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm.
Düzələcəyəm İnşallah. Dua edin”, - idmançı İnstaqramda qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl “Qafqazinfo”ya açıqlama verən Mamayev buna qədər belə problemlə üzləşmədiyini və böyrək köçürülməsinə ehtiyac olmayacağını demişdi.