11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Hər çantadaşıyan konsert etsə, nə oldu?" - Tolik Şəbnəmə söz atdı

28.10.2019 - 491 - Maqazin

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.

O, Türkiyədə konsert verən sənətçilərə söz atıb. Tolik Əməkdar artist Xumar Qədimovanın İstanbulda verdiyi konsertin görüntülərini paylaşaraq bunları yazıb:

"Allah Nahidə (təşkilatçı Nahid Emiloğlu - red.) rəhmət eləsin. Hər çantadaşıyan konsert etsə, nə oldu? Xumar Qədimovadan başqa hələ heç kim İstanbulda konsert verməyib. Açıq havada pulsuz bələdiyyə konsertlərini və gecə klublarını nəzərdə tutmuram.

Konsert dediyin budur: istər piar, istər tamaşaçı, istərsə də təşkilatçılıq. Yalandan bəh-bəh deməklə deyil. Kimin acığına gəlir gəlsin, səhifəmin qapısı açıqdır, yaza bilər. İnsan özünü aldatmaz. Bəziləri kimi yaltaqlana bilmərəm".

İzləyiciləri Tolikin bu sözləri ötən gün İstanbulda konsert verən müğənni Şəbnəm Tovuzluya atdığını vurğulayıblar. Tolik isə onlara "Verilişimə gəlib deyə nə etməliyəm? İstər Şəbnəm, istərsə də Damla olsun, fikrimi deyirəm. Verilişimə gələni həm pisləyirəm, həm tərifləyirəm. Heç kimdən asılacağım yoxdur" cavabını verib.

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu ötən gün İstanbulda solo konsert verib.



Axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti