15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |    

“Şəxsi həyatımı alt-üst etdi” - Firəngiz Mütəllimova

22.11.2019 - 424 - Maqazin

Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər, indi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı.

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova AzTV-də yayımlanan "Ağ və qara" layihəsində deyib:

"Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi", - deyə, o "Səni axtarıram" tele-tamaşası haqda peşmanlığını dilə gətirib.


Sənətçi məşhurlaşandan sonra "Gülnar" obrazı ilə şəxsiyyət ikiləşməsi yaşadığını bildirib:


"Gülnar"ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya "Gülnar"ı. Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də".


O, aparıcı-aktyor Kamran Ağabalayevin "Yenidən "Gülnar" obrazını canlandırardınız" sualına isə belə cavab verib:

"Gülnar"ın indiki halını oynaya bilərəm, amma ovaxtkı halını isə yox. İndiki ağlım olsaydı, "Gülnar"ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım".


Qeyd edək ki, sözügedən tele-tamaşa 1981-ci ildə yayımlanıb. F.Mütəllimova ekran işində mərhum Xalq artisti Yaşar Nuri ilə baş rolu canlandırıb.


///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti