04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Tanınmış azərbaycanlı reperi ABŞ-da maşın vurdu: Beyin silkələnməsi

25.11.2019 - 474 - Sosial

Keçmiş HOST qrupunun üzvü AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallını Amerikada maşın vurub.

SHOWXEBER.AZ  Musavat.com-a istinadla xəbər verir ki, bu barədə reper özü sosial şəbəkədə yazıb. 

O bildirib ki, bir həftədir, xəstəxanada yatır:
 
"18 noyabr Avionla (itimin adıdır) axşam gəzintisinə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9:00 idi deyə, qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra, məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək, başı üstdə yerə yıxıldım. Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə günün ardıcıllığını 3-4 saat sonra - artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, sizi maşın vurub, itinizi isə polislər tapa bilmir... Yoldaşıma da olanları zəng edib bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, Avion möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək, düz blokumuzum ağzına gedib, dayanıb. Oradan onu Ülviyyə (həyat yoldaşı – red.) tapıb evə qaldırıb. Maşının onu da vurub-vurmamasını hələ bilmirik, araşdırmağa çalışırıq.


Mənə gəlincə isə, qəza nəticəsində beyin silkələnməsi almışam və başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxiliqanaxma var. Yəni, nə olubsa, başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə "soyuqdəymə” səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəyəm. Ülviyyənin qayğısı ilə lap 3 günə qalxa bilərəm yəqin. Əsas olan odur ki, salamatam və Avion da evdədir. Bu cür imtahanlar isə səbəbsiz göndərilmir. Yataq rejimi hər zaman düşünmək üçün əla fürsət sayılır. Elə bu bir neçə gündə bəzi şeyləri artıq dərk etmişəm. Məsələn, yanımda niyə məhz onun olmasını...”


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti