26.11.2019 - 364 - Sosial
Türkiyə Superliqasında 12-ci tura yekun vurulub.
SHOWXEBER.AZ xəbər verir ki, turun sonuncu oyununda "Antalyaspor" "Qaziantepspor"u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.
12 turdan sonra turnir cədvəlinə 24 xalla "Sivasspor" başçılıq edir. "Trabzonspor" 22 xalla 2-ci, "Başakşəhər" isə 22 xalla 3-cüdür. "Qaziantepspor" 16 xalla 10-cu, "Antalyaspor" 12 xalla 16-cı yerdə qərarlaşıb.
"Antalyaspor" - "Qaziantepspor" 1:1
Qollar: Dijilobodji, 37 (0:1), Sanqare, 84 (1:1)