07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

İşdən çıxarılan polislə Pərvin ayrıldı

29.11.2019 - 454 - Maqazin

Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyeva ayrılıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə münasibətinə nöqtə qoyub. 

 Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsindən azad edildikdən sonra gəlib. 

Dünəndən etibarən isə Murad Abdullayevin kimliyi barədə sosial şəbəkələrdə müzakirələr gedir. 

SHOWXEBER.AZ xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, 1993-cü il təvəllüdlü Muradın yüksək instansiya məhkəmələrindən birinin sədrinin qardaşı oğlu olduğu bildirilir. 

Eyni zamanda, atası Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir.  

Qeyd edək ki, M. Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki,  “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.


 


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti