14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

Bakıda restoranda yeyib-içən şəxs zəhərlənib öldü

24.12.2019 - 437 - Sosial

Bakıda qohumlar restoranda yeyib-içdikdən sonra zəhərləniblər, onlardan biri vəfat edib.

SHOWXEBER.AZ  “qafqazinfo”ya istinadən xəbər verir ki, Sərxan Bayramov və qohumu Cəlal Həmzəyev dekabrın 21-də Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında spirtli içki içib, yemək yeyiblər.

Bunun ardınca onlar özlərini pis hiss ediblər və dekabrın 23-də S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına “zəhərlənmə” diaqnozu ilə gətirilib. Nəticədə S.Bayramov xəstəxanada ölüb, C.Həmzəyevin vəziyyəti ağırdır.

Araşdırma zamanı S.Bayramovun meyitinə və hər iki restorana polis, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilib. Orada olan spirtli içkilərdən nümunə götürülərək müayinə olunması üçün mütəxəssislərə təqdim edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti