25.12.2019 - 356 - Sosial
Bakıda məşhur klinikada ölüm faktı qeydə alınıb.
SHOWXEBER.AZ qafqazinfo.az-a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.