22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |     10:26 Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”  |     19:27 Kamalə Ağazadə coşdu: Təranə və Qumral Hər ikisi cəzalanmalıdır  |    

Yanvarda hava necə keçəcək?

30.12.2019 - 332 - Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayına olan hava proqnozunu açıqlayıb. 

Nazirlikdən SHOWXEBER.AZ-a daxil olan məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-7, bəzi günlərdə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.


Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 4-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-25 mm) gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 6-11 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (16-24 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında.


Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (10-32 mm) gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında.


Orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 22-49 mm) gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 17-30 mm) gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8, dağlarda 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 63-98 mm) gözlənilir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti