22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |     10:26 Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”  |     19:27 Kamalə Ağazadə coşdu: Təranə və Qumral Hər ikisi cəzalanmalıdır  |    

“Kənan ətrafda olan insanların təsirinə düşür” - İlkin Həsəni

18.01.2020 - 308 - Maqazin

“Kənan elə bir adamdır ki, içində kini, nifrəti yoxdur. Sadəcə olaraq müəyyən bir zamanda onun içində qığılcımlar yaranır”.

Bu sözləri “Mtv Azərbaycan”a müsahibəsində, 1 il öncə rejissor Kənan M.M-lə qalmaqal yaşayan aparıcı-aktyor İlkin Həsəni deyib. O, açıqlamasında Kənana qarşı kini olmadığını bildirib:

“Bir az ətrafda olan insanların təsirinə düşür. Kənana qarşı heç bir kin, nifrətim yoxdur və bilirəm ki, onun da mənə qarşı yoxdur. Çünki bu yaxınlarda Samir Bayramlının “Söhbətsiz” verilişində izlədim. Orada da dedi ki, “lənət şeytana!”.

İ.Həsəni qarşılaşdıqları halda barışığın da olacağını dilə gətirib:

“Üz-üzə gəlsək təbii ki, barışıq olacaq. Küsmək xanımlara yaraşır. Biz kişiyiksə, təbii ki, görüşəcəyik. İllərin dostuyuq. İndi ola bilər arada müəyyən bir soyuqluq var. Hansı ki, bunu mən heç vaxt istəmərəm”.

İlkin növbədənkənar parlament seçkilərində iştirak etmək istəyindən də danışıb:

“Mənə bu il o qədər İnstaqramda, Facebookda yazdılar ki, “siz də öz namizədliyinizi verin”. Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm. İstər şou nümayəndələri, istərsə də sosial şəbəkədə aktiv olanlar namizəddir. Ola bilər ki, 5 ildən sonra namizədliyimi verim. Bu il, tamaşaçı, gizlin müşahidəçi kimi prosesləri izləyəcəyəm. 5 il sonra bəlkə də ola bilər. O adamlar ora seçilirlərsə, ilk növbədə seçicilərinin səsini ora çatdırmalıdırlar. İkinci növbədə onun içində idarəçilik qabiliyyəti olmalıdır. Mən tanınmışam gedim orada “hə” “yox” düymələrini basımla iş bitmir. Səni seçən insanların problemlərini həll etməlisən”.

///axşam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti