19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Ana 3 uşağı ilə itkin düşdü - əri at qamçısı ilə döyəndən sonra FOTO

21.01.2020 - 324 - Sosial

Sərxoş əri tərəfindən döyülən 27 yaşlı üç uşaq anasından yanvarın 17-dən xəbər yoxdur

Quba sakini olan qadın 3 uşağı ilə birlikdə itkin düşüb. SHOWXEBER.AZ-ın Şimal bürosunun məlumatına görə, Qubanın Dalıqaya kənd sakini olan, Xızı rayonunun Sumqayıt şəhəri istiqamətdə yerləşən Qızıldərə adlanan ərazisində maldarlıqla məşğul olan Səxavət İsayev həyat yoldaşının 3 azyaşlı uşağı ilə itkin düş.məsi barədə DİN-nin "102" ximətinə məlumat verib.

Onun sözlərinə görə,  27 yaşlı Əfsanə İsayeva 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı Sərxanı da götürərərk yanvarın 17-də evdən çıxıb və işlədikləri heyvandarlıq fermasından naməlum istiqamətə gedib. Müraciət əsasında dərhal Xızı rayonunun hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Eyni zamanda Quba polis şöbəsi və prokurorluğu  da hadisə barədə məlumatlandırılıb. Hazırda hər iki rayonun hüquq-mühafizə orqanları 27 yaşlı Əfsanə İsayevanın və 3 uşağının tapılması istiqamətində intensiv əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

Araşdırmalar nəticəsində məlum olub ki,Qubanın Dalıqaya kəndindən olan Səxavət İsayev hadisədən bir gün əvvəl evə sərxoş halda gəlib və arvadını döyüb. Bunu İstiPress-in Şimal bürosuna itən qadının qardaşı, Qubanın Güləzi kənd sakini Həsrət Heydərov da təsdiqləyib. Onun sözlərinə görə, S.İsayev bacısı Əfsanəni atın qamçısı ilə döyüb və qadın bundan sonra uşaqları ilə birgə evdən gedib.H əsrət Heydərov bildirib ki,bacısının hansı istiqamətə getdiyi dəqiq məlum deyil, onun əvvəlcə Qubaya gəldiyi bildirilsə də,o  rayona gəlib çıxmayıb.
4 aydır Xızıda maldarlıq fermasında yaşayan ailənin xanımının 3 uşağı ilə evdən acıq edib getməsi onun əri tərəfindən zorakılığa məruz qalması ilə əlaqələndirilir. Bütün bunlar qadının tapılmasından və verəcəyi ifadədən sonra tam təsdiqlənəcək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti