11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

"Eurovision" üçün mahnı seçiminə başlanıldı

22.01.2020 - 459 - Mədəniyyət

"Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

SHOWXEBER.AZ  xəbər verir ki, yarışmanın mahnı seçimində iştirak etmək istəyənlər fevralın 7-nə

qədər bəstələrini eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 "Whatsapp" nömrəsinə göndərə bilərlər.
Azərbaycan üzrə rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında Hollandiyanın Rotterdam şəhərində keçiriləcək "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada, hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır.  Seçim turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti