04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Xalq artisti Professor oldu

24.01.2020 - 337 - Maqazin

Azərbaycanın Xalq artisti, görkəmli kinoaktrisası, Prezident təqaüdçüsü Həmidə Ömərova professor olub.

Uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edən, dosent Həmidə Ömərova ötən gün Professor elmi adını qazanıb.

Bu münasibətlə yaxın dostları, müəllim yoldaşları sosila şəbəkədə Həmidə Ömərovanı təbrik ediblər.

Qeyd edək ki, Həmidə Məmməd qızı Ömərova 1957-ci il aprelin 25-də Bakı şəhərində anadan olub.

1975-1979-cu illərdə Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Azərbaycan kinosunda yaddaqalan, maraqlı qadın obrazlarını ifa edib. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb.

1986-cı ildə Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.

///Open.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti