19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Bakıya güclü qar yağacaqmı? - AÇIQLAMA

10.02.2020 - 326 - Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, ölkə ərazisində qarlı, küləkli hava şəraiti davam edir.

Departamentdən SHOWXEBER.AZ-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında Zabrat, Maştağa, Binədə az qar yağır.


Əmələ gələn qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17, dağətəyi rayonlarda 5-29,dağlıq ərazilərdə 15-43 santimetr olub.
Şimal-qərb küləyi arabir Maştağada 38, Pirallahıda 35, Sumqayıtda 34, Bakıda 31, Qum adasında 30, Ələtdə 28, Çilov adasında 27, Binədə 22, Zabratda 21 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti saniyədə 28 metrə, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.

Külək Neftçala, Naftalanda 34, Tərtər, Daşkəsəndə 26, Bərdədə 25, Gəncədə 24, Salyan, Ceyrançöldə 23, Tovuzda 22, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20, Şəmkir, Astarada 19, Qrız, Xaçmaz, Culfada 18, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16, Yevlax, Şəkidə 15 metr/saniyəyədək güclənib.

Qarlı hava şəraiti fevralın 10-da tədricən səngiyəcək. Sabah küləyin sürəti axşama doğru 15-18, arabir 20-23 metr/saniyə olacaq. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyinin sürətinin saniyədə 10-15, arabir 18-23, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 17-22°, gündüz 3-8° şaxta olacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti