13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"AzTV-dən dedilər, gözlə, xəbər edəcəyik" - Aslan qadağadan danışdı

12.02.2020 - 298 - Maqazin

Müğənni Aslan Hüseynova dövlət televiziyasında tətbiq olunan qadağa hələ də aradan qaldırılmayıb.

SHOWXEBER.AZ xəbər verir ki, Bu barədə Sabah.az-a açıqlamasında sənətçi özü məlumat verib. AzTV-nin keçmiş sədri Arif Alışanovun vaxtından kanalda çıxışı qadağan olunan müğənni yeni rəhbər Rövşən Məmmədova bu barədə müraciət etdiyini söyləyib:

“Deyiblər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur”.

Qeyd edək ki, A.Hüseynov AzTV-də qadağada olması haqda hələ bir müddət əvvəl açıqlama vermişdi. O, Arif Alışanovla aralarında baş tutmuş söhbətin detallarını açıqlamışdı:

“Bir dəfə Arif Alışanova zəng etdim ki, Arif müəllim, mən bütün dövlət tədbirlərində iştirak edirəm, lakin AzTV-dəki çıxışımı kəsib efirə vermirlər. O da mənə dedi ki, müğənni, sən kimsən ki, sənin dövlətin kanalı ilə problemin olsun? Dedi ki, “xodunu” al. Dedim, Arif sən deputat olmamışdan qabaq belə danışmırdın, mehriban danışırdın”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti