09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Göygöldə faciə: 60 yaşlı kişi oğlunun əməlindən utanıb özünü asdı

27.02.2020 - 237 - Sosial

Göygöl rayonunda 60 yaşlı kişi oğlunun əməlinə görə intihar edib.


SHOWXEBER.AZ-ın Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, rayonun Yeni Zod kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Tofiq İmran oğlu yaşadığı evdə özünü asıb.



Məlumata görə, T.Məmmədov oğlunun oğurluq etməsindən utandığı üçün bu yola əl atıb. Belə ki, fevralın 11-də onun 28 yaşlı oğlu Elvin Məmmədov bir neçə tanışı ilə birlikdə qonşularının evinə gizli girərək, 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar. 


Oğurluğu törədən şəxslər tutulub, Tofiq Məmmədovun oğlu da onların saxlanılanlardan biri olub. Bundan sonra kənd sakinləri arasında bu məsələ ətrafında müzakirələr aparılıb. İlkin məlumata görə, 60 yaşlı T.Məmmədov oğlunun bu əməlini özünə sığışdırmadığı üçün intihar edib.


Faktla bağlı araşdırma aparılır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti