09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Nəyə görə Avrasiya çempionu Elşad Hacıyev Gürcüstana gedə bilmədi ?

2.03.2020 - 393 - Sosial

Bu günlərdə 22-23 fevral tarixlərində Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatında qızıl medala və kəmərə layiq görülən, dünya və avrasiya çempionu Elşad Hacıyev Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinin ona qarşı biganəliyindən gileylənib.

“Təəssüf edirəm ki, bir dəfə olsun icra nümayəndəsindən mənimlə maraqlanan olmayıb.  Bakıda keçirilən çempionatda 12 ölkə, minə yaxın idmançı iştirak edirdi. Ötən il Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışında 1-ci və 2-ci yerləri qazanaraq 2 qızıl və 1 gümüş medallar qazandım. Noyabr ayında Bakıda  keçirilən dünya çempionatında gümüş medala layiq görüldüm.

Yarışlarda Azərbaycanın bayrağını qaldırmışam. Mənə qarşı diqqətsizliyi başa düşə bilmirəm. Nəzərə almaq lazımdır ki, ölkədə bu yaşda döyüşən idmançılar çox deyil. Fevral ayının 28-də Gürcüstanda keçirilən  juboksinq citsu üzrə  Beynəlxalq  çempionatında iştirak etmək üçün maddi vəsait olmadığı üçün onlara rəsmi şəkildə müraciət etdim. Lakin mənə qəsəbə nümayəndiliyindən maliyyə yardımı göstərilmədiyi üçün Gürcüstan səfərimi gerçəkləşdirə bilmədim”.

Qeyd edək ki, cənab Prezident hər il idmançılarla görüşüb onları təbrik edir, gələcək yarışlara motivasiya verir.  Ancaq təəssüf ki,bizim icra nümayəndəsi  nəticə göstərən idmançıları diqqətdən kənarda qoyur.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti