09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Hacı Zeymalabdin "bələdiyyə sədri"ndən Prezidentə şikayət olundu

5.03.2020 - 363 - Sosial

Sumqayıt şəhərinin Hacı Zeynaladbin qəsəbəsində yaşayan Elton Suliddin oğlu Hacıyev  Hacı Zeynalabdin "bələdiyyə sədri"ndən  prezidentə şikayət ünvanlayıb.


SHOWXEBER.AZ müraciətin mətnini olduğu kimi təqdim edir:
  Hörmətli Prezidentimiz!


 Bildirirəm ki, mən, hələ 2016 ildən Ulu Öndərimiz, mərhum Heydər Əliyevin qurub yaratdığı YAP-ın üzvüyəm. Mən bu partiyaya heç kimin təkidi ilə deyil, öz arzu, amalımla daxil olmuşam. Bu rəhmətlik Ulu öndərimizə, Sizə və Sizin komandanıza olan məhəbbətimdən irəli gəlib.Ailəliyəm. İki övladım var. Biri məktəbli, ikinci övladım isə 1 yaş 7 aylıqdır. Həyat yoldaşım heç bir yerdə işləmir. Mən isə 15 ildən artıqdır ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışam. 3 seçilmiş sədrlərlə işləmişəm. İşimdə həmişə nizam-intizamlı, verilən tapşırıqları layiqincə yerinə yetirən insanam. Necə deyərlər, başımı aşağı salıb ailə üçün bir ailə başcısı kimi "çörək pulu" qazanmışam.

 Məlumdur ki, ölkəmizdə 2019-cu il dekabrın 23-də Ümumxalq səsverməsi ilə Bələdiyyə seçkiləri keçirilmişdir. Lakin bir zamanlar Sumqayıtda icra başçısının müavini postunu tutan, hazırda isə Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi olaraq çalışan Lalə Hacıyeva öz katibəsini sumqayıt sakini Əsli Qasımova Nofəl qızını (doğulduğu tarix: 03.07.1995: Yaşayış yeri: Sumqayıt şəh. 2m/r ev 32/73, m. 16) qarşıdan gələn bələdiyyə  seçkilərindən bir neçə ay önçə yerli sakinə məxsus evə (Hacı Zeynalabdin qəsəbəsi Azadlıq  küçəsi ev 24)  saxta sənədlə qeydiyyata salıb ki, rahat şəkildə onun adını “qalib namizədlər” siyahısına düşsün və "bələdiyyə sədri" olsun (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 212-ci maddəsində göstərilir ki, seçkilərdə iştirak etmək hüququna malik olan (seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış) və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.). Onu da deyək ki, faktiki olaraq bu şəxs qəsəbədə yaşamır və Bələdiyyəyə Sumqayıtdan gəlib gedir.


Cənab Prezident!

İnanın, mən hələ bu söhbəti seçkilərdən  4 ay önçə bilmişdim və ona görə də yanvar ayın 14-ü 2020-ci ildə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinə "a" bəndinə əsasən öz təşəbbüsüm ilə  işdən azad oldum.
Faktlar çoxdur. Ancaq özümə hörmət edərək çox dərinə getmək istəməzdim.

Lakin 2019-cu il tarixdən 3 aylıq (oktyabr, noyabr, dekabr),  bu ilin yanvar ayından 14 gün əmək haqqımı və 2 illik (2018-2019-cu illər)  əmək mənzuniyyətimi ala bilməmişəm.
Bu barədə "seçilmiş bələdiyyə sədri"nə yazılı müraciət etsəm də, lакин бу мясяля юз щяллини тапмамыш yanaşı, mənə "Mənim axramda  Sumqayıt İcra Hakimiyyəti və Nümayəndəsi dayanır" deyərək köbud cavab vermişdir. 

Siz cənab İlham Əliyev dəfələrlə bu cür məmurları vətəndaşlara qarşı diqqətli, ehtiyatlı, xeyirxah olmağa çağırdığınız halda  Lalə Hacıyeva və onun keçmiş katibəsi Əsli Qasımova kimilərinə hansı qiymət verilə bilər?


Hörmətli Cənab Prezident!


Mən sizə bu müraciəti çox böyük ümidlərlə yazdım ki, mənim halal əmək haqqımı almaqda köməklik edəsiniz.  İnanırm ki, Sizin müdaxilənizdən sonra bu məsələ həll olunacaq.


Tanrı Sizi qorusun! Tanrı dövlətimizi qorusun!


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti