16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Bakı metrosunda tibbi maska satan şəxs tutuldu - FOTO

5.03.2020 - 296 - Sosial

Sosial şəbəkələrdə sərnişinlərə maska satan şəxs saxlanılıb.


Bununla bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.



O bildirib ki, sözügedən hadisə ilə bağlı Metropolitenin Polis Şöbəsinin əməkdaşları zəruri tədbir görüblər:


"Mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar bildirmək istəyirəm ki, mart ayının 3-də bununla bağlı Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları həmin şəxsi müəyyən edərək operativ tədbir görüblər.


Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq inzibati məsuliyyətə cəlb edilib”.


B.Məmmədov onu da əlavə edib ki, bu kimi hallarla qarşılaşan şəxslərin dərhal metropoliten əməkdaşlarına məlumat vermələri rica olunur:


"İnsanlar ictimai mövqe nümayiş etdirməlidirlər. Metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda, istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir.


Elə bu əsasla bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən, bir sərnişin, bir vətəndaş kimi, bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.


Bütün sərnişinlərdən xahiş edirik ki, metropolitendən istifadə qaydalarına riayət edək. Unutmayaq ki, bu qaydalar sərnişin kimi hər birimizin hüquqlarını müəyyən edir, metrodan rahat və təhlükəsiz, qarşılıqlı hörmət şəraitində istifadə etməyimizi təmin edir”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti