11.03.2020 - 234 - Sosial
İran Səhiyyə Nazirliyi sözcüsü Kiyanuş Cahanpur koronavirusa qarşı dərmanı tapdıqlarını iddia edib.
SHOWXEBER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cahanpur “Actemra” preparatının müalicə zamanı müsbət nəticə verdiyini və immunitet sistemini gücləndirdiyini bildirib.
Onun sözlərinə görə, dərman virusa yoluxmuş xəstələrdə 24 saatdan sonra öz təsirini göstərib. Nəticələr tam dəqiqləşdikdən sonra preparat 3 həftə içində satışa çıxarıla bilər.
Qeyd edək ki, vasitə İranın yerli imkanları ilə hazırlanıb.