12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Emindən yeni klip: "Terazi"

28.03.2020 - 272 - Maqazin

Azərbaycanlı vokalçı, prezident təqadüçüsü Emin Eminzadə Türkiyədə “Terazi” mahnısına çəkilən klipini təqdim edib. 

SHOWXEBER.AZ xəbər verir ki, mahnının sözləri məşhur türk yazarı Nurtan Üzə, musiqisi, Eminzadənin özünə, aranjemanı isə Emin Kərimiyə məxsusdur.  

Mahnının bu yaxınlarda təqdim olunmasına baxmayaraq, artıq "Apple"-ın redaktor siyahılarına düşüb. 

Klipi məşhur türk rejissoru Elif Demiral ekranlaşdırıb. E.Demiral Murat Boz, Bengü və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.Çəkilişlər Türkiyədə kinostudiyanın pavilyonunda baş tutub. Bu klip Eminzadəyə digər layihələrindən daha baha başa gəlib.

qeyd edək ki, Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub.

Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib.

Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti