12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

Bakı metrosunda sıxlıq yaranması ilə bağlı RƏSMİ AÇIQLAMA

29.03.2020 - 287 - Sosial

"Bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə azdır”.


SHOWXEBER.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində məlumat verib.


O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı Metropoliteni səhər saat 07:00-09:00 arası fəaliyyət göstərib:


"Səhər saat 07:00-da qatarlar işə başlayıb. Aidiyyəti üzrə saat 09:00-da metronun hərəkəti dayandırılıb. Sərnişinlər arasında sıxlıq müşahidə edilməyib. İstənilən halda insanlar özləri də sanitar-gigiyenik normalara riayət etməlidir. Sıxlıq yaratmamalıdır. Bu gün metropolitenin fəaliyyətinin müvəqqəti də olsa, limitlənməsi dezinfeksiya tədbilərinin daha da aktiv aparılmasına şərait yaradıb”.


Etibar İsayev onu da əlavə edib ki, qatarların intervalında dəyişiklik olmayıb:


"Sərnişinlər arasında nəzərə çarpacaq dərəcədə seyrəklik müşahidə edilir. Əvvəlcədən bu rejimin tətbiqi ilə bağlı məlumat daxil olub. Bunun əsasında hərəkət qrafiki tərtib etdik. Pandemiyadan əvvəl hansı qrafiklə çalışırdıqsa, o qrafiklə davam edəcəyik. Bu o deməkdir ki, "28 May” - "Həzi Aslanov” stansiyası arasında qatarlar 2,5 dəqiqə, "28 May”- "Dərnəgül”, "28 May” - "İçərişəhər” stansiyalarında isə beş dəqiqəlik intervalla qatarlar hərəkət edəcək.


"Cəfər Cabbarlı” və "Xətai” satansiyası eləcə də bənövşəyi xəttin "Memar Əcəmi”- "Avtovağzal” stnasiyaları üzrə qatarlar hansı qrafiklə çalışırdısa, elə də davam edir”.


Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib. Martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq. Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti