13.05.2020 - 402 - Sosial
Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib.
Supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb.
Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
///qafqazinfo