12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |    

Əri Xatirəyə yazılan tənqidlərə cavab verdi: "Gedin əvvəl özünüzü düzəldin"

14.05.2020 - 332 - Maqazin

Müğənni Xatirə İslam sosial şəbəkədə tənqid yazanlara müraciət edib.

Sənətçi İnstaqramda canlı yayıma girərək sənət adamlarına yazılan söyüşlərdən bəhs edib. Xatirə bildirib ki, izləyicilər yalnız başlıqları oxuyub fikir bildirirlər:

"Xəbər səhifələrindəki başlıqları yox, xəbərin içini oxuyun. 2 dəqiqə vaxt alacaq. Qulaq asın və ürəyiniz nə qədər istəyir məni söyün. İnsan yazının içini bilmədən necə söyə bilər? Niyə İnstaqramda bir-birinizi söyürsünüz? Müğənniləri təhqir edir, söyürsünüz.

Baxıram, yazırlar ki, nə yaxşı toylar olmayacaq. Onu necə yazırsız? Bilirsiz, müğənnilərin ətrafında nə qədər kömək etdiyi insanlar var? Nə qədər musiqiçilərin, restoranda çalışan ofisiantlar, qabyuyanlar, mühafizəçilər, bazarda ərzaq işləyənlərin balası ac qalır? Toyun dayanması təkcə müğənniyə aid deyil. Qızıl satanın, fotoqrafın, bazarda ərzaq, ət satanın da işi getmir. Yanvardan bu yana toy bazarında nə qədər zəifçilik var. Mənim də kömək etdiyim ailələr var. İndi də dayandırmıram, edirəm. Bunu edən insanlara necə söyürsünüz? Bilirsiz, müğənnilərin kömək etdiyi ailə üzvləri nə qədərdir?

Yardım edən insanların ürəyini sındırmayıb, onları bu işdən soyutmayın. İnsanları tıncıxdırırsınız. Onda da biz yaxamızı kənara çəkirik ki, nə işimə qalıb. Dünyanın hər yerində kasıb insan var. Guya, xaricdə dilənçi, yolçu yoxdur? Amma İnstaqramda bir-birinin xoş gününə sevinməmək, uğurunu həzm etməmək bizdədir".

Daha sonra sənətçinin həyat yoldaşı Fəxrəddin bəy canlı yayıma qoşularaq "Nəsə yazanda fikirləşin. Gedin əvvəl özünüzü düzəldin, sonra başqasının gözündə tir axtarın. Ancaq sizsiniz, başqalarına nə istəsəniz deyə bilərsiz, hamı səhvdir? Yox... Hamının evi də, bayırı da var. İnterneti söyüş meydanına çevirməyin" sözlərini söyləyib.


///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti