19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Ayılıb gördüm ki, DÜNYADAN KÖÇMÜŞƏM...

15.05.2020 - 301 - Sosial

Bir gün yuxudan ayılıb gördüm ki dünyadan köçmüşəm. Əslində bunu anlamağım o qədər də çox vaxt aparmadı. Bəlkə də bir az uzun çəkdi. Bilmirəm... Çünki zaman anlayışı artıq yox idi. Qəribə hiss idi. Kənardan yatmış məni izləyirdim. Yanımda sevdiyim və sevmədiyim hər kəs toplaşmışdı. Sakit dayananı da var idi,  hönkürüb ağlayanı da...  Nəyə görə öldüyümü də bilmədim. Yəqin nə olubsa uzun zamandır həsrət qaldığım yuxuda olub. Əslində özüm çağırmışdım, arzu etmişdim bu yuxunu. Neçə vaxtdır bərk yatmaq istəyirdim. Dosta, tanışa oyadan olmasa 3 gün yataram deyirdim və budur, artıq istəsələr də məni yuxudan oyada bilməzlər. Nə də özüm bir daha ayıla bilmərəm. 


Qarşıda məni nə gözləyir? Dayanmadan düşünmək xasiyyətim sağ olanda o dünya dediyim, hazırda isə olduğum yerdə də tərk etməyibmiş. Qorxuram əslində. Bəlkə nahaq dünyada istəmədən kiminsə haqqına girmişəm, qəlbini qırmışam və bunun cavabını verməliyəm. Soyuğa nifrət edirəm. Hətta ətrafımda olan dostlarıma hər zaman deyirdim ki, mənim yerim cəhənnəmdir, istidir ora. Amma bu vəziyyətlə üz-üzə qalanda tam başqa cür düşünürəm. Çünki orada (cəhənnəm) yanmaqdan qorxuram. Heç sağikən cənnəti qazanmağım da real deyil. Bunun üçün nə etmişdim ki? Namazım, orucum olmayıb və savab hesab edə biləcəyim yaxşılığımı da xatırlamıram.  Cansız bədənimi qaldırıb harasa aparırlar. Kənardan köməksiz görünməyim necə də ağır mənzərədir. İndi yuyub, paklayıb ağ əskiyə bükəcəklər yəqin.  Hazırda uşaq vaxtı çox qorxduğum, zamanla isə qəbul edə bilmədiyim bir yerdəyəm. Bura insanların son mənzili də deyirlər. Son mənzilim artıq qazılıb hazırdır. Qalıb ora köçməyim. Köçdüm də... 


Nə isə sıxılmağa başladım. Elə bil üstümə ağırlıq çökür. Nəfəs almaqda da çətinlik çəkirəm. Boğuluram və...  


Ayıldım. Sən demə yuxuymuş. Sağam. Ətrafımda ağlayan da yoxdur.  Boğulmağıma da səbəb 4 kiloluq yorğanımın üzümə düşməsi olub. Anam hər zaman deyir ki, bu yorğan sənin başına iş açacaq. Belə görürəm ki, o iş bu gecə açıldı. Yuxuda da olsa, öz ölümü gördüm.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti