09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Toyların olmayacağına niyə sevinirsiniz?" - Nərgiz Cəlilova

18.05.2020 - 274 - Maqazin

"İnsanların bu qədər aqresiv olmasını anlamıram. Hərdən bunu çözmək istəyirəm. Karantin günlərində də insanlar bir-birinə dayaq olmaq əvəzinə tənqid yazır, əsəb göstərirdilər. Əgər pandemiya bizi birləşdirmədisə, nə birləşdirə bilər?".

Showxeber.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova İnstaqramda canlı yayımda deyib. Əməkdar artistlər Tahir və Cabir İmanovun virtual qonağı olan aparıcı sosial şəbəkədəki tənqidlərdən bəhs edib. O bildirib ki, karantin günlərində evdən yalnız işlə bağlı çıxıb:

"Yalnız işə gedib-gəldim. Başqa günlər də evdə oturdum".

N.Cəlilova telekanallardan bəhs edərək bunları söyləyib:

"Televiziyalar dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Cəmiyyətdən bir addım öndə olmalıdır. Hətta saytlarda dərc edilən xəbərləri də qabaqlamalıdır. Çox təəssüf ki, hazırda tam əksini görürük. Ona görə də indi çoxları deyir ki, Azərbaycan kanallarına baxmırıq, maraqsızdır.
Verilişlərdə eyni fikirlər başqa-başqa cümlələrlə səsləndirilir. Buna görə də tamaşaçıya maraqsız gəlir.

Niyə bilmirəm, amma tamaşaçılar insanların efirdə yazıq vəziyyətini görmək istəyirlər. Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal ona yazığı gəlir və başlayırlar dəstək olmağa".

Cəlilova toyların dayandırılmasından da bəhs edib. O, sosial şəbəkədə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə "Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toydur. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm" reaksiyasını verib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti