09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Azərbaycanda 33 yaşlı polis serjantı EVİNDƏ ÖZÜNÜ ASDI - ÖZƏL

21.05.2020 - 438 - Sosial

Bakıda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis əməkdaşı özünü yaşadığı evdən asaraq ntihar edib.

News24.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilib ki, hadisə ötən gün, saat 18:00 radələrində baş verib.

33 yaşlı Rafiq adlı polis serjantının intihar etməsinin səbəbi kimi külli miqdarda borcunun olması əsas gətirilir.

Məlumatda bildirilib ki, Rafiq evin tək oğlu olub və atasının ili yenicə çıxıb. Son zamanlar borclu olduğu insanların Rafiqi sıxdıqları və o məhz bu haldan narahat olaraq canına qəsd etdiyi də məlum olub.

33 yaşlı Rafiq intihar etdiyi gün xidmətdə olub və evə gedib yenidən xidmətə qayıtmaq adıyla icazə alaraq, evində özünü asıb.

O da məlum olub ki, Rafiq 2012-ci ildən polis işləyib və subay olub. Saytımıza daxil olan məlumatda Çevik Polis Alayının Xətai Rotasının işçisi olan Rafiqin həmkarlarından birinə də borcu olduğu yer alıb. Deyilənlərə görə, Rafiqin ümumi hesabla 36 min manat borcu olub. Borcuna görə, əvvəl evini satmaq istəyib, sonra bu fikrindən vaz keçib.

Onun borclanmasına səbəb mərc oyunları olub. Mərhum polis atasının yanında, Ucar rayonunda dəfn olunub.

Məlumatın təsdiqi üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis-polkovniki Ehsan Zahidovla əlavə saxladıq. Ehsan Zahidov News24.az-ın əməkdaşına 10 dəqiqədən sonra cavab verəcəyini desə də, daha sonra telefonuna zəng çatmayıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti