09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Türkan canlı efirdə ağladı: "BDU-ya qəbul olsam da, pulsuzluqdan təhsilimi davam etdirə bilmədim"

22.05.2020 - 383 - Maqazin

“Təhsil almaq istəyirəm. Oxumaq üçün hələ gec deyil, yaşım keçməyib. Bakı Dövlət Universitetinə (BDU) qəbul olsam da, oxumamışam”.

Bu sözləri müğənni Türkan Vəlizadə “ATV” telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsil ala bilmədiyini söyləyib:


“Diplom işim də yarımçıq qalıb. Universitetə getməməyimin səbəbi ailəmin maddi imkanının yaxşı olmaması idi. Ödənişli ixtisasa qəbul olunmuşdum, illik təhsil haqqını ödəyə bilmirdim. Bir neçə fəndən hazırlığa gedirdim. Hazırlıqların pulunu atam fəhlə işləyərək, çətinliklə verirdi. Bizim üçün çox çətin idi. Ailəm çox istəyirdi ki, təhsilimi davam etdirim. Ailəmizdə sıxıntılara görə oxumaq istəyimdən vaz keçdim. Başa düşdüm ki, atamın qazancı ilə bu, alınmayacaq.

BDU-nun Tarix fakültəsinə daxil olmuşdum. Çox heyfsilənirəm ki, təhsilimi davam etdirmədim. Yenidən təhsil ala bilərəm. Sənədlərimi Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə vermək istəyirəm”.

T.Vəlizadə ailə qurmamağını isə belə izah edib:

“Qazandığım pulu evə gedəndə heç zaman əlbəəl atama vermirəm. Bunu özümə sığışdırmıram. İstəmərəm ki, valideynlərim pis olsunlar. Müəyyən yerdə qoyuram ki, onlar götürsünlər. Ömrüm nə qədərdirsə, onlar üçün işləyərəm.

Hərdən mənə niyə ailə qurmamağımla bağlı sual verirlər. Cavab olaraq söyləyirəm ki, ailəmin tələbatlarını qarşılamadan gedib kiminsə evində rahat yaşaya bilmərəm”.

///oxu.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti