09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Evimiz başımıza uçur" - Müğənni kömək istəyir

22.05.2020 - 341 - Maqazin

"Artıq bıçaq sümüyə dirənib. İntihar belə etmək istəyirəm. Başqaları kimi fərqli yollardan pul qazanan sənətçi deyiləm. Ancaq sənətimlə qazanıb, xalqıma qulluq etmişəm. Toyxana müğənniləri kimi qaz vurub, qazan doldurmuram. Çarəsiz qalmışam. Hər anımız təhlükəlidir. Hər gün yuxudan sağ oyananda dua edirik. Evimiz başımıza uçur. Bizə yardım etsinlər, bu vəziyyətdən çıxaq".

Bu sözləri müğənni Nurlan Əzizbəyli deyib. "Bizimləsən" verilişinə gələn sənətçi və həyat yoldaşı Nərmin evlərinin pis gündə və hər an uçma təhlükəsi olduğunu söyləyib. Göz yaşını saxlaya bilməyən ifaçı gəlirinin də olmadığını bildirib:

"Çox yerə müraciət etdim, nəticə olmadı. Mən də ailəmi gözəl yaşatmaq istəyirəm. İndi maddi durumumuz elə pisdir ki, yeməyə çörəyi güclə tapırıq. Allah şahiddir ki, düzünü deyirəm. İllərdir ev şəraitində çəkilən verilişlər olur, edə bilmirəm. Çoxu inanmır ki, evimdə çəkiliş aparılsın.

35 ildir sənətdəyəm, çox toya da getmirəm. Dövlət tədbirlərində yer alıram. Bura gəlməyə də utanırdım, amma çarəsiz qaldım. Heç vaxt heç kimin qarşısında əyilməmişəm, bu gün sınıram. İndiyə kimi qazandıqlarımı kənar yerə xərcləməmişəm, valideynlərimə baxmışam".

Nərmin isə evdə sıçovulların gəzdiyini bildirib:

"Nurlan çox həssas və mədənidir. 3-4 il bundan əvvəl bu vəziyyəti üzə çıxarmamaq üçün ürək xəstəliyi tapdı. Sınan qadın olmamışam, məcbur qalıb verilişə gəldik. Nurlana dayaq olmuşam ki, dözək, bizim ailəmiz dağıla bilməz. Bu evdə 20 ildir yaşayıram, yaşayardım da. Sıçovullar uşağın üstünə düşməsəydi, pəncərə qırılıb tökülməsəydi bura gəlib kömək istəməzdik".



///axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti