16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |    

Göz yaşı, əzilən qızıl kulon, ürəyə sancılan daş

25.05.2020 - 311 - Sosial

Uşaq yaşında insanın həyatında baş verənlər illər keçsə də unudulmur. 


Mənim də yaddaşımda qalan günlər var. 


90-cı illərin əvvəli idi. Ölkə çətin dövrdən keçirdi. Çörək növbələri, talonla satılan ərzaqlar və bağlanan iş yerləri, gecikən maaşlar...


Uşaq idim. O dövrlər baş verənləri dərk etmirdim. Etsəydim güya nə olacaqdı ki? Nə isə...  


Atam işləsə də maaşı aylarla ödənilmirdi. 3 uşaq idik və "yoxdur" sözünü anlamaq istəmirdik. 


Yadımdadır, bir dəfə xalam anama 2 yumurta vermişdi ki, uşaqlar ac qalmasın. Anam isə evdəki uşaqların hamına çatsın deyə yumurtaya un qatıb bitirmişdi. Əllərinə sağlıq,  dadlı idi. Qarnımız doymuşdu. Çörək bir neçə gündən qalmış olsa da... 


Amma mənim yaddaşımda o illər tam başqa hadisələrə görə qalıb. Sırf biz ac qalmayaq deyə satılan bəxt üzüyü və... 


Günlərin birində otağa girəndə anamı ağlayan gördüm. Qarşısında çox sevdiyi qızıl saatı var idi. Nə baş verdiyini anlamırdım. Sən demə ən sevimli saatı ilə vidalaşır, onu satacaqmış. Özü də el arasında deyildiyi kimi, "lom" qiymətinə. Bir neçə saat sonra isə saat artıq anamın yox, başqasının qolunu bəzəyirdi. Və mən bunu görüb heçnə edə bilmirdim. 


Bir müddət keçdi. Anamla qonşuda idik. Nə isə anlamadığım mövzuda söhbət gedirdi. Daha sonra isə ən çox sevdiyim klon masanın üzərinə qoyuldu. Sən demə masa oturan şəxs zərgər imiş. Kulonu əlinə alıb çölə çıxdı. Mən də onun ardınca. Əlinə daş alıb o çox sevdiyim kulonu əzməyə başladı. Sonradan anladım ki, bunu qızılın təmiz çəkisini ölçmək üçün edibmiş. Həmin an sanki o daş ürəyimin başına sancıldı. Hönkürdüm... 


O gün özümə söz verdim ki, həmin klondan və saatdan tapıb anama qaytaracağam. Amma nə fayda? Nə həmin kulondan var, nə də saatdan. Amma həmin daş hələ də ürəyimin başına sancılıb qalıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti