12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |    

“Toylar 50 nəfərlə iki saatlıq keçirilsin”

31.05.2020 - 259 - Sosial

Deputat Fazil Mustafa İnzibati Xətalar Məcəlləsində maskaların taxılmamasına görə tətbiq ediləcək cərimələrə münasibət bildirib. 

Showxeber.Az xəbər verir ki, F. Mustafa çıxışında məsələni mürəkkəbləşdirməyə ehtiyac olmadığını vurğulayıb: “Məhkəmələrin üzərinə qoymaq lazım deyil. Bu, müvəqqəti haldır. Bunu müvafiq İcra Hakimiyyəti həll etməlidir. Vəzifəli, hüquqi şəxsləri bura qatmağın nə mənası var ki? Fiziki şəxslərə şamil edilməlidir. Çünki fiziki şəxs özü fərdi məsuliyyət daşıyır”.

F. Mustafa həmçinin toyların iki saat ərzində keçirilməsini təklif edib: “Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.

Deputat Razi Nurullayev deyib ki, cərimələrlə narazı vətəndaşların sayını artırmaq lazım deyil:

“Vətəndaş niyə maska taxmır, kim canından bezib ki? Çünki vətəndaşlar koronavirusa inanmır. Bu xəstələri çəkmək, yaşayış yerlərini demək lazımdır. Statistika deyəndə ünvanları demək lazımdır. Mənə də maraqlıdır ki, niyə adlar gizlədilir? Adamlar xəstəxanaya gedəndə qorxur ki, deyəcəklər koronavirussan. Məgər bu virusdan başqa xəstəlik yoxdur?! İnsanlar qorxusundan təcili yardıma belə zəng etmir”.

Spiker Sahibə Qafarova deyib ki, koronavirusla bağlı Azərbaycanda sirr yoxdur: “Tez-tez brinfinqlər keçirilir. TƏBİB də suallara cavab verir. Düşünürəm ki, heç bir sirr yoxdur”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti