07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Niyə bunları əkib-doğub tökürsünüz?" - Zaur Baxşəliyev

11.06.2020 - 314 - Maqazin

"Kişinin evlənməyinə, qızın qaçmasına bədbəxtçilik deyirik. Bədbəxtçilik savadsızlıqdır. Niyə belə savadsız vətəndaşların sayını artırmağın nə mənası var? Niyə artıraq savadsız, cahil insanları? Ona savad verə bilmirik".

Showxeber.Az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O, proqramına qatılan 18 yaşlı savadsız oğlandan bəhs edib. Zaur təhsil almayan gəncə əsəbiləşərək bunları deyib:

"Keyfiyyətli artım olmalıdır. Sözləri də doğru deyə bilməyənlər var. Niyə bunları doğub küçələrə tökürsünüz? Adam var 60 yaşında ata olur, amma uşağını oxutdurur. Bunun yaş yox, cahilliklə əlaqəsi var. 18 yaşında oğlan hərf tanımır.

Sovet dövründə məktəbə uşaq getməyəndə hamı ayağa qalxırdı. Məktəb direktoru belə bilirdi ki, uşaq məktəbə gəlməyib. İndi müəllimlər niyə maraqlanmırlar?

Bu kimi həssas və olduqca ciddi məqamlarda qəyyumluq, himayə şöbəsi hara baxır? Bir ailədə üç uşaq böyüyür, heç biri də nə oxumağı, nə də yazmağı bacarır. Savadsızdırlar.Niyə belə olan halda onlar uşaqlarla maraqlanmırlar? Bəlkə valideynin əqli qüsuru, ruhi problemi var və ya uşağını doğru-düzgün məktəbə yola sala bilmir. Bizə pənah gətirən bu qardaşlar qeydiyyatda belə yoxdurlar. Heç şəxsiyyət vəsiqələri belə yoxdur. İraq olsun, birdən gedib hər-hansısa bir cinayət törətsə, bunu haradan axtarıb tapacaqlar? Burada vətəndaşın məsuliyyətsizliyini kənara qoyuram. Burada birbaşa məsuliyyəti daşıyan xüsusi qurumlar var ki, onlar bu uşaqlarla yaxından məşğul olmalıdırlar".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti