07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |    

"Dəfndə bu şəkildə toplaşmaq yolverilməzdir” - TƏBİB-dən açıqlama - FOTO

12.06.2020 - 282 - Sosial

"Vətəndaşların bu şəkildə dəfn prosesində toplaşmasına yolverilməzdir”.


Showxever.Az  xəbər  verir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Unikal.org-a məlumat verib.


O bildirib ki, belə hallar vətəndaş məsuliyyətsizliyindən yaranır: 


"TƏBİB dəfələrlə vətəndaşlara bu mövzuda müraciət edib. İstər COVID-19-dan, istərsə də digər xəstəliklərdən ölən şəxslərin dəfninə bu şəkildə toplaşmaq olmaz. Amma kimlərsə gedib bu cür toplaşırsa, sonra onların karantinə alınması məsələsi dövlət üçün əlavə məsələlər yaradır.


TƏBİB tərəfindən COVID-19-dan ölən şəxslərin nəşinin ailə üzvlərinə təhvil verilməsi, eləcə də, dəfn olunması ilə bağlı prosedurların qaydaları elan edilib. Meyit ailə üzvlərinə təhvil verilən zaman da xatırladılır ki, ancaq konkret şəxslər dəfn prosesini həyata keçirsinlər.


Lakin vətəndaş məsuliyyətsizliyi səbəbindən yoluxma halları artarsa, onlar da müalicəyə alınacaq. Toplaşma hallarına nəzarət TƏBİB-də deyil. Buna yerli qurumlar nəzarət etməlidir”.


Xatırladaq ki, dünən Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev COVID-19-dan vəfat edib. O, bu gün Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. Dəfn prosesində 20 nəfərdən çox insan iştirak edib


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti